25/04/2026
Musiqinin dili yoxdur — moda onu görünən edir.”
🎼 Milli Musiqi Kolleksiyasının ən gözdə nümunələrindən biri
“Milli Musiqi “ Kolleksiyasının ən diqqətçəkən looklarından olan bu obraz qədim sənət nümunəsi sayılan batika texnikası əsasında hazırlanıb. Günümüzün trendlərinə uyğun olaraq seçilən neon limon rəngi libasa müasir ruh qatır və siluet etibarilə ziyafət geyimi üslubunda təqdim olunur.
İlin daha trend bir elementi isə libasın üzərində band formasında hazırlanan detal üzərində batika işi ilə milli musiqi alətlərimiz və Şuşada yerləşən Gövhər Ağa məscidi rəssam işi kimi buta və nar kompozisiyası içində təsvir edilib. Bu kompozisiya vasitəsilə Şərq və Qərb mədəniyyətləri arasında incə bir körpü yaradılıb — həm milli dəyərlərimiz, həm də Avropa musiqi mədəniyyəti vahid estetik dildə bir araya gətirilib.
Bu look bir mesaj daşıyır: musiqinin dili yoxdur. İstər Avropa musiqisi, istər dünya musiqi mədəniyyəti, istərsə də milli musiqi alətlərimiz — Azərbaycan xalqı incəsənətə və musiqiyə hər zaman böyük dəyər verən bir xalqdır.
Dizayner Mətanət Bayramova bu look vasitəsilə müasir trendləri, tarixi yaddaşı və musiqimizin incə sənətini bir obrazda birləşdirir. Nəticədə həm düşündürən, həm də vizual olaraq güclü təsir bağışlayan eksklüziv və möhtəşəm bir look ortaya çıxır. ✨
Model-