02/02/2026
Bu gün balaca,əslində isə gördüyü işlərlə çox böyük olan Laylay.az 6 yaşını qeyd edir🌸Bu illər ərzində hər zaman səhərin erkən saatlarında iş başında olub,sifarişlərimizi böyük hörmət və sevgi ilə qəbul edib,məsuliyyət və diqqətlə ərsəyə gətirib,xoş arzularla təhvil vermişik🌸Qürurluyuq çünki,yalnız öz əl işlərimizi təqdim edib,heç bir alıcımız qarşısında başı aşağı olmamışıq,istər məhsulların keyfiyyəti,istər zamanında çatdırılma,istərsə də gözəl xanımlarımıza qarşı rəftarımız bir mənalı olaraq hər zaman xoş qarşılanıb💕Bu illər ərzində bizi daim izləyən,daimi olaraq seçimlərini Laylay.az-dan edən,hətta artıq ailə üzvlərinin hər fərdini tanıdığımız doğmalarımız,sizə minnətdarıq🌸Böyük bir şövqlə sizin məmnuniyyətinizi və etibarınızı qazanmaq üçün çalışırıq,bu yolda hər bir dəstəyinizlə bizi biz etdiniz💕