Tətbiq etdiyimiz üsullar ilə məhsulların görünüşünü vitrində daha səliqəli və diqqətçəkən edərək satışlarınızı 25%-ə qədər artırmağa və şirkət xərclərinizin azalmasına kömək edirik. Məhsulların tarix yoxlanmasına daim nəzarət edirik. Satış nöqtələrində ümumi vəziyyət barəsində (vitrin dolumu, anbar qalığı, vitrin düzülüşünü yazılı surətdə və foto görüntüsü ilə təqdim olunması) gündəlik olaraq he
sabatları gün sonunda elektron şəkildə sizə təqdim edirik və bu halda siz vaxtınıza da qənaət etmiş olursunuz. Xidmətlərimiz aşağıdakılardır:
- məhsulların təhkim olunmuş ticarət nöqtələrinin vitrinlərində müvafiq merçendayzinq standartlarına uyğun yerləşdirilməsinə nəzarət etmək;
- vitrin faizlərinin qorunmasına nəzarət etmək;
- istehsalçı şirkətin məhsullarının bütün çeşidlərini istehsalçı şirkətin təyin etdiyi kateqoriyaya uyğun sərgiləmək;
- istehsalçı şirkətin məhsullarının vitrinlərdə FİFO (First İn First Out) qaydasına uyğun yoxlanmasına nəzarət etmək;
- məhsulları vitrinlərdə istehlakçıların (müştərilərin) diqqətini cəlb edəcək şəkildə düzülüşünü təmin etmək;
- ticarət nöqtələrinin alış-veriş zalında məhsulların zəruri ehtiyatının yaradılmasını təmin etmək;
-vitrinlərdə məhsulların qiymət kağızlarının mövcudluğunu və satış qiymətinə uyğun olmasını nəzarətdə saxlamaq;
- promo merçendayzinq xidmətlərinin göstərilməsi;
- kampaniyalar vaxtı bağlamaların hazırlanmasını təmin etmək;
- məhsulların üzərinə stikerlərin vurulması;