Lego Lokbatan

Lego  Lokbatan Qadın və uşaq kalqotkaları, qadın, kişi və uşaq corabları - ucuz və keyfiyyətli

30/04/2022

Çin Yer kürəsini asteroidlərlə toqquşma təhlükəsindən qorumaq üçün yaxın illərdə xüsusi sistem hazırlamağı planlaşdırır. Bu barədə məlumatı Çin Milli Kosmik İdarəsinin (CNSA) rəhbəri Wu Yanhua verib. Onun sözlərinə əsasən CNSA Yer kürəsi üçün təhlükə mənbəyi olan asteoridlərin monitorinqi üçün nəzərdə tutulmuş sistemi 2025-2026-cı illərdə test etməyə çalışacaq. Həmin sistem öz növbəsində asteroidə zərbə endirmək imkanını təqdim edəcək. Zərbə nəticəsində isə bu və ya digər asteroidin trayektoriyasının dəyişəcəyi güman edilir. Wu Yanhua-nın sözlərinə əsasən bu layihə çərçivəsində təhlükəli asteoridlərin monitorinqi və onlar barəsində məlumatların verilməsi istiqamətində yerüstü və kosmik sistemin yaradılması planlaşdırılır. Bundan əlavə olaraq çinli mütəxəssislər təhlükəli kosmik obyektlərlə toqquşmaların qarşısını alacaq texnologiyaların inkişaf etdirilməsi məqsədini də reallaşdıracaqlar. NASA-nın məlumatlarına əsasən Günəş sistemində təyin edilmiş 1.11 milyon ədəd asteroid mövcuddur. Lakin əslində onların sayları daha çoxdur.

30/04/2022

NASA mütəxəssislərinin fikirlərinə əsasən Marsın Fobos adlı peyki planet ətrafındakı dövretmə trayektoriyasını olduğu kimi saxlasa, nəticədə o, Mars ilə toqquşacaq. Lakin bu, yaxın gələcəkdə baş verməyəcək. Fobos peyki Mars ətrafında dövr edən zaman onun qravitasiyası Marsın daxili hissəsinə kiçik təsir göstərir. Nəticədə Mars qabığında və mantiyasında olan dağ süxurları dəyişikliyə məruz qalırlar. Eyni zamanda Marsın qravitasiyası ləng şəkildə Fobosun trayektoriyasını dəyişir. Alimlərin fikirlərinə əsasən Fobos bir neçə 10 milyon ildən sonra Mars ilə toqquşacaq. Bu toqquşmanın yaxın gələcəkdə baş verməyəcəyina baxmayaraq alimlər əmindirlər ki, başqa variant yoxdur. Gec və ya tez bu hadisə baş verəcək. Buna baxmayaraq alimlər Fobosun mövcudolma dövrünün bitməsi üzrə bir neçə variantı irəli sürüblər. Bəzi alimlərin fikirlərinə əsasən bu toqquşmadan sonra Fobos parçalara ayrılacaq və həmin parçalar Marsın səthi üzrə paylanacaqlar.

30/04/2022

Alimlərə artıq məlumdur ki, bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş qəhvə stəkanları ekologiya üçün əsl təhlükə mənbəyidir. Belə ki, həmin stəkanların sahib olduqları nazik plastik örtüyün təkrar emalı çox qəliz məsələdir. Aparılmış yeni tədqiqat isə onu göstərib ki, bu cür stəkanlar içkilərə mikroskopik ölçüdə olan plastik nanohissəciklər ifraz edirlər. Milli Standartlar və Texnologiyalar İnstitutunun (NIST) alimləri isti içkilər üçün nəzərdə tutulmuş bir istifadəlik stəkanları analiz ediblər. Sözügedən stəkanlar aşağı sıxlıqlı polietilen örtüyə (LDPE) sahibdirlər. Söhbət, nazik və yumşaq olan elastiki pərdədən gedir. Həmin material çox zaman su keçirməyən material qismində istifadə edilir. Alimlər tərəfindən aparılmış analiz nəticəsində məlum olub ki, bu stəkanlar 100 dərəcə Selsi temperatura sahib su ilə qarşılıqlı əlaqədə olan zaman suya trilyonlarla plastik nanohissəcik ifraz edirlər.

30/04/2022

Böyük Britaniyada tarixdə ilk dəfə kişi pasient kiçik beyin implantı köməyi ilə Parkinson xəstəliyinin simptomlarından azad olub. Sözügedən qeyri-adi müalicə prosesindən keçmiş ilk pasient Tony Howells adlı Britaniya vətəndaşı olub. Bristolda yerləşən Sautmid adlı xəstəxanada sözügedən şəxsə dərin beyin stimulyasiyası (DBS) cihazı yerləşdirilib. Bu cihaz beynin zədələnmiş sahələrinə elektrik impulsu göndərə bilir. Howells-in sözlərinə əsasən əməliyyatdan öncə o, küçədə normal şəkildə gəzməyə cəhd göstərib. Lakin nəticədə sadəcə 200 metr yeriyə bilib. “Əməliyyatdan sonra mən yenidən gəzməyə yollandım və 4 km yol qətt edə bildim. Bu, möhtəşəm idi” - deyə Howells qeyd edib. Qeyd etmək lazımdır ki, hal hazırda dünyada Parkinson xəstələyinin dərmanı mövcud deyil. Bu, sinir sisteminin degenerativ xəstəliyidir. Parkinson xəstəliyinin simptomları arasında qeyri-iradi bədən titrəyişi, ləng hərəkətlər, əzələlərdə çevikliyin olmaması var.

08/09/2021

Address

Lökbatan
AZ1063

Telephone

+994550000000

Website

Alerts

Be the first to know and let us send you an email when Lego Lokbatan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share